12px13px15px17px
Tarix:10/12/14

2015-ci ildə smartfon bazarının həcmi 1.5 milyarda çatacaq

2014-cü ildə qlobal smartfon bazarının həcmi təxminən 1,22 milyard qurğu təşkil edəcək, növbəti il bu rəqəm 22% artacaq, Çinin “Ʃintell” konsaltinq şirkətinin proqnozuna istinadən Tayvanın “Digi Times” nəşri yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2015-ci ildə smartfonların tədarükü təxminən 1,5 milyarda çatacaq.
 
Bununla əlaqədar smartfonlar üçün displey istehsalının artımı gözlənilir. Analitiklərin qiymətləndirməsinə görə, növbəti il dünyada smartfonlar üçün ümumilikdə 27,73 milyon kv panel buraxılacaq ki, bu da cari illə müqayisədə 27,3% çoxdur.
 
Mütəxəssislər, həmçinin qurğuların ekran ölçüsünün artımı tendensiyasına diqqət yetiriblər. “Ʃintell” şirkətinin məlumatına görə, 2011 və 2012-ci illərdə Çində smartfon ekranının orta ölçüsü 3,24 və 3,74 idisə, 2013-cü ildə 4,22 düymədək artıb və 2014-cü ildə 4,6 düym təşkil edib. Gözləntilərə görə, növbəti il smartfon ekranının orta ölçüsü  5 düymdən çox təşkil edəcək.
 
Mütəxəssislər bildiriblər ki, yalnız Çin Xalq Respublikasında deyil, həm də başqa inkişaf etməkdə olan bazarlarda bu trend izlənilir.
 
Emil Hüseynov
 



Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024