12px13px15px17px
Tarix:10/12/14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən aktual elektron xidmətləri bəlli olub

Noyabr ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan 5 elektron xidmətdən 3-ü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) göstərdiyi e-xidmətlər olub.
 
Portal istifadəçiləri ən çox 143348 dəfə olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətindən yararlanıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Telefon nömrəsi üzrə axtarış” xidməti 76381 dəfə istifadə sayına görə ikinci mövqedə qərarlaşıb.
 
İstifadəçilər RYTN-in “Mobil cihazların qeydiyyatdan keçirilməsi” e-xidmətindən isə  54974 dəfə faydalanıb.
 
ƏƏSMN-in  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” xidməti də maraq göstərilən xidmətlər sırasındadır. Bu xidmətdən 41623 dəfə istifadə olunub.
 
RYTN-in beşinci yerdə qərar tutan “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən 35166 dəfə istifadə qeydə alınıb.
 
CAHANGİR
 
 
 
 
 



Baxış sayı: 1065

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024