12px13px15px17px
Tarix:02/09/11

“Apple” şirkətinin yeni baş direktoru özünü göstərir

“Apple” şirkətinin yeni baş direktoru Tim Kuk top-menecer komandasını toplamağa başlayır. Bu gün o, “iTunes” bölməsinin rəhbəri Eddi Kyü şirkətin internet hazırlamalar və xidmətlər üzrə baş vitse- prezidenti vəzifəsinə təyin edib.

“App Store” daxil olmaqla , “iTunes” onlayn musiqi mağazasının və onun bütün bölmələrinin işi üçün məsuliyyət daşıyan Kyü 22 ildir ki “Apple” şirkətində işləyir. Bundan başqa, o, “iCloud bulud” xidmətinin işə salınmasına bilavasitə nəzarət edən top-menecerdir.

Yeni təyinatına əsasən, Eddi Kyün vəzifəsinə yalnız “iTunes”, “App Store” və “iCloud” deyil, həm də “iAd” mobil reklam platforması daxil olacaq.

"Hal-hazırda “Apple” sadəcə dünyada analoqu olmayan şirkətdir . Eddi kimi liderlər bunu anlayırlar. “Apple” onların qanındadır" – deyə Kuk bildirib.



Baxış sayı: 1917

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024