12px13px15px17px
Tarix:11/12/14

Artıq abunəçilər “Expressbank” ASC-nin ödəmə terminallarında da rabitə xidmət haqlarını ödəyə bilərlər

Bakı, Xırdalan və Sumqayıt şəhərlərində “Expressbank” ASC-nin ödəmə terminalları vasitəsilə də rabitə xidmət haqlarının qəbuluna başlanılıb.
 
Bu, Məlumat Hesablama Mərkəzi (MHM), “Expressbank” ASC və telekommunikasiya qovşaqları arasında imzalanan müqavilələr sayəsində həyata keçirilib.
 
Abunəçilər bu ödəmə terminallarında telefon nömrəsini daxil etdikdə ekranda bütün rabitə xidməti borcları ayrıca sətirlə əks olunur:

Şəhərlərarası və beynəlxalq danışıq borcu

Aylıq abunə borcu

İnternet borcu
 
Abunəçi borc məbləğlərini ödəyə və ya avans qoya bilər. Qəbul edilən ödənişlər onlayn rejimdə avtomatik olaraq MHM-in mərkəzi serverinə ötürülür və billinqdə nəzərə alınır. Proqram təminatı Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanıb.
 
Qeyd edək ki, əgər telefon borca görə bağlıdırsa, “Expressbank” ASC-nin terminallarında ödəniş edildikdən sonra ən çoxu 30 dəqiqə ərzində telefon avtomatik olaraq şəbəkəyə qoşulur.
 
CAHANGİR



Baxış sayı: 775

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024