12px13px15px17px
Tarix:11/12/14

2014-cü ilin əsas kibertəhdidlərinin statistikası açıqlanıb

“Kasperski laboratoriyası” şirkətinin məlumatına görə, 2013-cü ilin oktyabrından 2014-cü ilin noyabrınadək şirkətin məhsulları “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara edilən 1 363 549 unikal hücumun qarşısını alıb.

2012-2013-cü illərin analoji dövrü ilə müqayisədə “Android” qurğulara hücumların sayı dörd dəfə artıb. Demək olar, bu qurğudan istifadə edən hər beşinci istifadəçi ən azı bir dəfə belə təhdidlə rastlaşıb. Baş verən halların 53 faizində pulların oğurlanmasına yönələn mobil troyandan istifadə olunub.
 
SMS troyanlardan istifadə edilməklə həyata keçirilən hücumlarda isə 12,3 faizlik azalma qeydə alınıb. Bununla yanaşı, mobil bank troyanlarının sayı 9 dəfə artaraq 12 100 təşkil edib. Aktiv ölkələrin sayında da artım müşahidə olunub - mobil troyanların hücumu 90 ölkədə qeydə alınıb. Bu növ hücuma məruz qalan ənənəvi ölkələr arasında lider ümumi insidentlərdə payı 87,85 faiz təşkil edən Rusiya olaraq qalır.  
 
Bundan əlavə, 2014-cü ildə istifadəçi kompüterlərinə qarşı həyata keçirilən “web” hücumların sayı 1 432 660 467-ə çatıb. “Kasperski laboratoriyası”nın mühafizə məhsulları tərəfindən bank hesablarına onlayn çıxış vasitəsilə pulların oğurlanması üçün nəzərdə tutulan zərərli proqramlarla yoluxdurmaya cəhdlərlə bağlı 16 552 498 bildiriş qeydə alınıb. Ən geniş yayılmış bank troyanı “ZeuS” olaraq qalır, ikinci yerdə “Trojan-Banker.Win32.ChePro”, üçüncüdə – “Trojan-Banker.Win32.Lohmys” qərarlaşıb. Digər maliyyə təhdidlərinə “Bitcoin” pul kisələrinin (14 faiz) oğurlanması və kompüterdən “Bitcoin” kriptovalyutasının generasiyası (10 faiz) üçün istifadə aid edilir.
 
Ekspertlər tərəfindən “web” hücumların - spamın göndərilməsinin həyata keçirilməsi üzrə dünyanın lider üç ölkəsi də müəyyən edilib. Bu ölkələr sırasında ABŞ (27,25 faiz), Almaniya (16,62 faiz) və Niderland (13,41 faiz) yer alıb. Rusiya 10,74 faizlə ikinci yerdən dördüncü yerə enib, - "SecurityLab ” yazır.
 



Baxış sayı: 725

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024