12px13px15px17px
Tarix:11/12/14

2020-ci ilədək “5G” rabitə standartı əlçatan olacaq

Çin mətbuatı (xüsusilə “China Times” nəşri) yazır ki, onilliyin sonunda Çin Xalq Respublikasında (ÇXR) “5G” rabitə standartı tətbiq ediləcək.

 “Huawei” şirkəti müvafiq texnologiyaların yaradılması üzərində aparılan işlərə liderlik  edir. “5G’ kommersiya rabitəsinin 2020-ci ilə yaradılması nəzərdə tutulub.
 
Çin mediası yazır ki, indi çinlilər bu sahədə prosesə liderlik etməyə, standartları yaratmağa və əqli mülkiyyət üzərində müvafiq hüquqlara yiyələnməyə çalışırlar. Şanxayda keçirilmiş genişzolaqlı çıxış üzrə forumda belə fikirlər səsləndirilib.
 
 
Hazırda Avropa, Cənubi Koreya və Yaponiya şirkətləri “5G” rabitə standartı üzərində iş aparır. “Huawei” şirkətində hesab edilir ki, “5G” rabitə standartı "Internet of Things" (Əşyaların interneti) paradiqmasını dəstəkləməyə imkan verəcək, "ağıllı” ev və tibb sahəsində proqramların işini təmin edəcək və avtomobil avtopilotlarına işləməyə imkan yaradacaq.
 
Həmçinin Böyük Britaniyada “5G” rabitə standartı üzərində aktiv iş aparılır. Məsələn, Surreya Universitetinin “5G Innovation Centre” tədqiqat mərkəzində belə layihə reallaşdırılır. Qeyd edək ki, adıçəkilən mərkəz öz tədqiqat işində “Huawei” və “Samsung” şirkətləri ilə əməkdaşlıq edir. Hesab edilir ki, “5G” rabitə standartının maksimal sürəti 800 Qbit/s təşkil edəcək. Ötən ilin dekabrında Avropa Birliyinin təsis etdiyi "5G Infrastructure Partnership" strukturuna “Alcatel-Lucent” və “Nokia” kimi şirkətlər daxil edilib.
 
Həmçinin Cənubi Koreya “5G” rabitə standartı və protokollarının yaradılması üzrə prosesdə liderlik etmək istəyir. Bu haqda “Financial Times” nəşri yazaraq xatırladıb ki, “4G” rabitə standartı Cənubi Koreyada hələ 2006-cı ildə əlçatan olub və bütün dünyanı qabaqlayıb. Ölkə hakimiyyəti bu il “5G” standartının hazırlanmasına 1,5 milyard dollar məbləğində sərmayə qoymağı planlaşdırır. Bu sahə üzrə işləri “Samsung”, “LG” və “SK Telecom” şirkətləri yerinə yetirəcək və “5G” şəbəkəsinin kommersiya istismarı 2020-ci ilə nəzərdə tutulub.
 
Bununla belə, “5G” şəbəkəsinin kommersiya istismarı ilk dəfə nə Cənubi Koreya, nə Çin, nə Avropa Birliyi, nə də ABŞ-da olmayacaq: “Huawei” və "Meqafon" şirkətləri 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı zamanı bu standartı istismara verməyə hazırlaşırlar.
 
Emil Hüseynov



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024