12px13px15px17px
Tarix:11/12/14

“Samsung” çip bazarına daxil olur


"Qualcomm" artıq 450 Mbit/s-dək məlumat ötürmə sürətinə malik olan "Cat.10 LTE" şəbəkələrini dəstəkləyən çipi anons edib.

"ICTnews" xəbər xidmətinin "www.novoteka.ru" saytına istinadən verdiyi məlumata əsasən, şirkət bu çipseti "Snapdragon 810" yeni aparat platformasında istifadə etməyib  və "Cat. 6 LTE" standart şəbəkələrinin dəstəklənməsi ilə qənaətlənib. 
 
Buna baxmayaraq, gələn il "Cat.10 LTE" şəbəkələrində işləyən  ilk qurğuları görə biləcəyik. Onların istehsalçısı Koreyanın "Samsung" şirkəti olacaq. Şayiələrə görə, şirkət bu standartı dəstəkləyən "Exynos" çipsetinin üzərində işləyir və onu gələn il buraxmaq niyyətindədir.

Bu fonda ən maraqlı şayiə "Samsung"un gələn il hazır olacaq qrafik prosessor üzərində işləməsidir.    Sonda bu, koreyalılara, "Qualcomm"un həllərindən üstün olan tam müstəqil aparat platforması yaratmağa imkan verəcək.
 
Aynur Vəliyeva



Baxış sayı: 616

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024