12px13px15px17px
Tarix:12/12/14

V “Elektron Təhsil” Respublika müsabiqəsində III mərhələyə keçən nominantlar seçilib

V “Elektron Təhsil” Respublika müsabiqəsində III mərhələyə keçən nominantlar seçilib. Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqə “Müasir məktəbdə elektron tədris resursları”, “Təhsildə İnternet texnologiyaları”, “Milli elektron tədris resurslarının yaradılması” olmaqla, 3 istiqamət üzrə keçirilir.
 
Beləliklə, “Milli elektron tədris resurslarının yaradılması” istiqamətində eyniadlı nominasiya üzrə 144 layihə seçilib.
 
“Müasir məktəbdə elektron tədris resursları” istiqamətində “Elektron lövhələrin istifadəsi ilə qurulan ən yaxşı dərs modeli” nominasiyası üzrə 80, “Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” nominasiyası üzrə 21, “Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” nominasiyası üzrə 7, “1 şagird : 1 kompüter” modelində ən uğurlu dərs” nominasiyası üzrə 15 nominant müəyyənləşib. “Təhsildə İnternet texnologiyalar” istiqamətində isə “Müəllimlərin bloqları” nominasiyası üzrə 19, “Təhsildə İnternet resurslar” nominasiyası üzrə 14 nominant III mərhələyə keçib.
 
 
Qeyd edək ki, müsabiqənin əsas məqsədləri elektron tədris resurslarından (ETR) istifadəni genişləndirmək və bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq; elektron tədris resurslarının tədris prosesinə tətbiqinə metodiki dəstək vermək, elektron resursların təhsil müəssisələrində istifadəsi ilə tanışlıq; tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsidir. Həmçinin müsabiqə ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq; internetin imkanlarından (bloqlar, sosial şəbəkələr, saytlar və s.) istifadə etməklə həyata keçirilən yeni təlim fəaliyyətləri barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq; müəllimləri tədris məqsədilə İnternetdən istifadəyə cəlb etmək; tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarının axtarılması; təhsil müəssisələrində İnternet resurslarından, xidmət və alətlərindən istifadənin genişləndirilməsi; müəllimlərin İnternetdə öz resurslarını yaratması, istifadəsi və inkişaf etdirməsi baxımından həvəsləndirilməsi məqsədi daşıyır. Dörd mərhələ üzrə davam edən müsabiqənin  III mərhələsində işlər Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Təqdim edilən işlər Münsiflər heyəti tərəfindən 0-10 bal sistemi ilə qiymətləndirilir.
 
IV mərhələdə isə Münsiflər heyəti tərəfindən seçilmiş nominantların hazırladıqları işlərin Təşkilat Komitəsi qarşısında təqdimatı həyata keçiriləcək.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024