12px13px15px17px
Tarix:29/07/11

Tvinninq, TAIEX və Siqma üzrə Əlaqələndirici Şəxslərin 5-ci görüşü

28 iyul, 2011-ci il tarixində PİQ/ITTSO “Respublika” mehmanxanasında Tvinninq, TAIEX və Siqma üzrə Əlaqələndirici Şəxslərin 5-ci görüşünü təşkil etmişdir. Tədbirdə bütün benefisiar qurumlardan 45 nümayəndə iştirak etmişdir.

PİQ-in direktor müavini cənab Ruslan Rüstəmli iştirakçıları salamlayaraq TAIEX-in Azərbaycandakı fəaliyyəti haqqında qısa məlumat vermişdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin meneceri cənab Christophe Casillas Əlaqələndirici Şəxsləri 2011-ci il, sentyabr tarixində başlayacaq Tvinninq layihələri və hazırlıq mərhələsində olan Tvinninq layihələri haqqında məlumatlandırmışdır.

Ötən il proqramlaşdırma zamanı seçilən bu layihələr aşağıdakı sahələri əhatə edir: Nüvə təhlükəsizliyi, Miqrasiya, Qiymətli kağızlar, Dəniz təhlükəsizliyi, Turizm və Torpaq qeydiyyatı.

ITTSO layihə rəhbərinin müavini xanım Lalə Abasova ən uğurlu Tvinninq layihələrini xüsusi vurğulayaraq 2009-ci ildən bəri Azərbaycanda həyata keçirilən Tvinninq, TAİEX və Siqma layihələrinin 2 illik fəaliyyəti haqqında danışmışdır.

Milli Məclisin Avropa İnteqrasiya şöbəsinin müdiri cənab Rəşad Əzizov "Azərbaycan Respublikasında Aİ uyğunlaşma mexanizminin yaradılması" adlı təqdimatla çıxış etmişdir.

O, layihənin Parlamentin Aİ şöbəsinə milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması, hüquqi uyğunlaşdırılma təklifləri üzrə analitik arayışların hazırlanması və yaradılmış işçi qrupda ekspert müzakirələrinin təşkili istiqamətində yardımını xüsusi vurğulayaraq "Azərbaycan Respublikasının Milli Məclisinə dəstək" Tvinninq layihəsinin əldə edilmiş nəticələri haqqında danışdı.

AK-nin TAIEX aləti üzrə layihə meneceri xanım Maria Luisa Sanchez TAİEX-in əsas məqsədi, fəaliyyəti, TAİEX layihələrinin benefisiarları və TAİEX dəstək prosedurları haqqında məlumat vermişdir.

Təqdimatdan sonra görüş Azərbaycanın benefisiar qurumlarının çevik və tələb-yönümlü texniki yardım olan TAIEX alətindən daha çox istifadə etməkdə yüksək marağını əks etdirən suallarla davam etdirildi.

ITTSO layihəsinin rəhbəri xanım Ruta Konstante Tvinninq layihəsinin hazırlanması və onun ən yaxşı həyata keçirilməsi üçün bütün əlverişli şəraitin yaradılması üzrə Tvinninq layihə həmkarlarına dəyərli məsləhətlər vermiş və Əlaqələndirici Şəxslərə 2 illik əməkdaşlıq üçün minnətdarlığını bildirmişdir.



Baxış sayı: 1754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024