12px13px15px17px
Tarix:12/12/14

Telefon danışığına görə bağışlanan vəsait vergiyə cəlb olunurmu?

Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə çalışan işçilərin həm mobil, həm də stasionar telefon danışıqlarının sayı artıb.

Bu baxımdan şirkət rəhbərliyi işçilərinin danışıq xərclərini ödəməkdədir. Lakin belə olan məqamda onları düşündürən əsas suallardan biri də işçiyə ödənilən sözügedən vəsaitin vergiyə cəlb olunub-olunmamasıdır. Qeyd edək ki, bu məsələ ilə əlaqədar “Rabitə dünyası”na müraciət edən oxucular sözügedən mövzunun araşdırılmasını və cəmiyyətə məlumatın verilməsini xahiş ediblər.
 
Sualda bildirilir ki, müəssisə işçisinə ayda 210 manat əməkhaqqı və işçisinin əvəzinə ölkələrarası telefon danışığına görə 100 manat ödəyir. Bu zaman işçinin əvəzinə ödənilmiş telefon danışığı haqqının 40 manatı ona bağışlanılarsa, gəlir vergisi hansı məbləğdən hesablanmalıdır?
 
Vergilər Nazirliyi tərəfindən sözügedən mövzuya aydınlıq gətirilərək qeyd edilib ki, sualda göstərilən halda işçinin telefon danışığına görə ödənilmiş xərcin əvəzinin işçiyə bağışlanmış hissəsi ilə əməkhaqqı məbləğinin cəmindən əsas iş yerində əmək qabiliyyətli əhali üzrə yaşayış minimumunun 1 misli (2014-cü il üzrə 136 manat) çıxılır və alınan məbləğdən gəlir vergisi hesablanır ((210+40-136)*14%). Nazirlik qeyd edir ki, bu proses Vergi Məcəlləsinin 98.1-ci, 98.2.3-cü və 102.1.6-cı (gəlir vergisindən azadolmalar və güzəştlər) maddələrinə əsasən həyata keçirilir:
 
“Vergi ilə bağlı suallarınızı, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz”.
 
 
SEYMUR



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024