12px13px15px17px
Tarix:12/12/14

“Google” Rusiyadakı ofisini bağlayır

“Google” Rusiyada yerləşən proqram tərtibatı ofisini digər ölkəyə köçürmək niyyətindədir.    
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Google” bu qərarın qəbul edilməsində, Rusiyadan kənarda istifadəçi məlumatını saxlamağı qadağa edən şəxsi məlumatlar haqda qanunu səbəb kimi gətirib. “Google” bu məlumatı şərh edərək onu nə təsdiq, nə də təkzib edib.

Lakin ofisin bağlanmasına baxmayaraq “Google” gələn il Rusiya bazarına yönəltdiyi  sərmayələrin həcmini artırmaq niyyətindədir. Eyni dəyişikliklər “Google” şirkətinin İsveçdə, Finlandiyada və Norveçdə yerləşən ofislərində də baş verib.

Qeyd edək ki, hazırda “Google”un Rusiyadakı ofisində 50-yə yaxın proqramçı işləyir.

“Google” Rusiyada aparıcı texnoloji şirkətlərdən biridir və onun Rusiyanın axtarış sistemləri bazarında payı bu il 27 faizdən 31-dək artıb. “Google Android”in Rusiyanın mobil əməliyyat sistemləri bazarında payı isə 85 faiz təşkil edib.

Aynur Vəliyeva



Baxış sayı: 476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020