12px13px15px17px
Tarix:12/12/14

“Alibaba” internet şirkətinin yaradıcısı Asiyanın ən zəngin adamı olub

“Bloomberg” nəşrinin versiyasına görə, Çinin “Alibaba Group Holding Ltd” adlı ən böyük internet şirkətinin yaradıcısı Cek Ma Asiyanın ən zəngin adamı olub. İşgüzar xəbər agentliyinin məlumatına əsasən, onun varidatı 28,6 milyard dollar təşkil edib.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 1999-cu ildə internet üzərindən ticarətə əsaslanan şirkət təsis etmiş keçmiş ingilis dili müəllimi cari ildə 25 milyard dollar qazanıb. Bu ilin sentyabrında “Alibaba”nın səhmlərinin IPO-ya (İlkin Kütləvi Təklif) çıxarılmasından sonra şirkətin kapitallaşması 259 milyard dollara çatıb ki, nəticədə internet ticarət sahəsində dünyanın ən bahalı şirkəti olub.

Bundan əvvəl 86 yaşlı Honkonq milyarderi Li Kaşın Asiyanın ən zəngin adamı hesab edilib, onun varidatı 28,3 milyard dollar olub.

Emil Hüseynov



Baxış sayı: 1268

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024