12px13px15px17px
Tarix:12/12/14

Azərbaycanda yolların müvəqqəti bağlanmasına dair SMS məlumatlandırma qaydaları təsdiqlənib

Azərbaycan Nazirlər Kabineti (NK) “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiqləyib.
 
 
“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qaydalara əsasən, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstərilir. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə edilir.
 
Həmin məlumatların SMS vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişlidir. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən olunur.
Sözügedən xidmət nazirliyin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin edilir.
 
Qeyd edək ki, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə yenidən qurulma və təmir, dövlət tədbirlərinin keçirilməsi və qəzaların olması kimi hallar təşkil edir.
 
CAHANGİR
 



Baxış sayı: 1072

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024