12px13px15px17px
Tarix:15/12/14

2015-ci ildə botlara görə elan verənlər 6,3 milyard dollar zərərə məruz qalacaq

“White Ops” şirkəti və ABŞ Reklamçılar Assosiasiyasının (ARA) son tədqiqat materialına əsasən, kibercinayətkarlığın səviyyəsinin artması və insanları imitasiya edən botların aktivləşməsinə görə növbəti il reklamçılar 6,3 milyard məbləğində zərərə məruz qalacaq.
 
"Botların bazisi: internet reklamda fırıldaqçılıq" adlı tədqiqatın nəticəsinə əsasən, növbəti il botların hücumu reklamçılar üçün genişmiqyaslı maliyyə itkilərilə yadda qalacaq.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, tədqiqatda “ARA”-nın 36 ən böyük üzvü iştirak edib. Tədqiqat ümumilikdə 181 reklam kampaniyasını əhatə edir.
 
Tədqiqat çərçivəsində ümumilikdə reklam elanlarının 5,5 milyard nümayişi təhlil edilib. Seçimə daxil edilmiş üç milyon veb-saytdan yalnız bir neçə mini saxta olub. Bu halda botlar tərəfindən yaradılan saxta trafikin 25 faizi 1000 aparıcı internet meydançasında (“Alexa” reytinq sistemi) aşkar edilib.
 
 Tədqiqatçıların fikrincə, botlar trafikin real həcmini təhrif edərək elan verənlərin xərclərini 5-50 faiz artırır.
 
Emil Hüseynov
 



Baxış sayı: 396

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020