12px13px15px17px
Tarix:15/12/14

“Sony Xperia E4” smartfonunun ilk “casus” şəkilləri (FOTOLAR)

Yaponiyanın “Sony” şirkəti bu ilin sentyabr ayında istehsal edilən “Xperia E3”-ün ardınca hazırlanan smartfonunun üzərində işləri başa çatdırır. Belə ki, Polşanın   “Teleguru” resursu “Xperia E4” təsvir edilən ilk şəkilləri ictimaiyyətə təqdim edib.
 

Bu kadrlara nəzər saldıqda məlum olur ki, “Xperia E4” xarici konstruksiyası ondan öncəki modeldən bir az seçiləcək. Smartfon  dəyirmiləşdirilmiş korpusa malik olacaq, çərçivəsi isə ekranın ölçüsü üzrə daha nazik olacaq. Ekran 480x854 piks ölçü və 4,5 düym ilə müqayisədə 540x940 piks ölçü ilə  5 düym daha böyük olacaq.


 
Modelin daxili aparatından bəhs edərək demək olar ki, o, dördnüvəli “MediaTek MT6582” prosessoruna malikdir. Smartfonun əməliyyat sistemi versiyası “Android 4.4 KitKat”dır, amma gələcəkdə “Android 5.0 Lollipop”-dək yenilənmə imkanı var.
 
Mobil qurğu bir və ya iki SİM-kart slotuna malikdir. Satışların başlanması vaxtı 2015-ci ilin mart ayıdır.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024