12px13px15px17px
Tarix:16/12/14

AMEA-nın akademik katibi: “Milli domen adlarının intellektual monitorinqi sisteminin yaradılmasına ehtiyac yaranıb”

Müasir dövrdə Azərbaycanın maraqlarını tək real məkanda deyil, virtual məkanda da qorumaq zərurəti yaranıb. Son illər yüksəksəviyyəli domenlərin kütləvi meydana gəlməsi və çox sürətlə artımı, eyni zamanda korporativ informasiya sistemləri, veb saytlar, portalların yaradılması, domen adları sahəsində bir çox problemlərin yaranmasına səbəb olub.
 
 Bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın akademik katibi Rasim Əliquliyev İTİ-də keçirilən Dissertasiya Şurasının növbəti iclasında bildirib.
 
 
İnstitutdan verilən məlumata görə, alim domen adları sisteminin serverlərində yığılan domen adları haqqında informasiya resurslarının elmi-analitik təhlilinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, eyni zamanda bu məlumatlardan səmərəli istifadə etmək üçün milli domen adlarının intellektual monitorinqi sisteminin yaradılmasına ehtiyac yarandığını söyləyib:
 
 “Azərbaycan Respublikasının maraqları ilə bağlı milli domen adlarının real vəziyyəti onu göstərir ki, bəzi coğrafi adları, tarixi, mədəni və digər dəyərləri özündə əks etdirən milli domen adları xarici ölkələrdə yaşayan vətəndaşlar tərəfindən müxtəlif məqsədlər üçün qeydiyyatdan keçirilir. Bu səbəblərdən Azərbaycan Respublikasının maraqları ilə bağlı böyük həcmə malik milli domen adlarını intellektual analiz edərək, onlarla bağlı vəziyyəti qiymətləndirmək və strateji qərarlar qəbul etmək aktual məsələ kimi qarşıya çıxır”.
 
 
Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda  ilk dəfə olaraq DNS serverlərdəki qeydiyyat məlumatlarının intellektual analizinə imkan verən metod və alqoritmlər işlənib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024