12px13px15px17px
Tarix:16/12/14

Deputat: “Ölkəmizdə kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır”

“Hazırda Azərbaycanda iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sektorlardan biri kimi müəyyənləşdirilib”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov söyləyib.
 
Deputat Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə verdiyi müsahibəsində milli telekommunikasiya peykimizlə bağlı danışaraq bildirib ki, ötən ilin fevralında "Azərspace-1" peyki fəzaya buraxılıb və ölkəmizdə kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır:
 
 “Azərbaycan hazırda dünyada sürətli inkişaf tempinə malik olan ölkələrdən birinə çevrilib. Buna isə həyata keçirilən iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirməklə nail olunub. Bütövlükdə, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Nəticədə ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb”. 
 
 
Millət vəkili qeyd edib ki, Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Onun sözlərinə görə, həyata keçirilən məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcəkdə iqtisadi inkişaf üçün dərin zəmin yaradıb:
 
“Son illərdə Azərbaycan iqtisadiyyatının informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı genişlənib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft gəlirlərinin uğurla modern, innovasiyalara əsaslanan, elmtutumlu sənaye quruculuğuna yönəldilməsi siyasəti həyata keçirilir. Son illərdə bu sahənin intensiv inkişafının təmin edilməsi məqsədilə mükəmməl infrastruktur yaradılıb, ayrı-ayrı mövcud müəssisələr müasir texnologiyalar əsasında yenidən qurulub, yerli xammalla işləyən, eyni zamanda, ixrac potensialına malik olan yeni istehsalatlar yaradılması məqsədilə əməli tədbirlər həyata keçirilib”.
 
 
Azərbaycanda elektron xidmətlərin tətbiqindən, onların inkişaf etdirilməsindən və iqtisadiyyata təsirindən danışan deputat qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsində, inkişaf etdirilməsində e-xidmətlərin əhəmiyyətli rolu var:
 
 
“Azərbaycan yüklülük haqqında arayışın alınması üçün elektron sistemin tətbiqi vasitəsilə daşınmaz əmlakın mülkiyyətə verilməsini sadələşdirib. Bundan başqa, ölkədə qeydiyyatın və sosial sığorta haqlarının ödənişinin elektron sisteminin tətbiqi yolu ilə şirkətlər üçün vergilərin ödənişi də asanlaşdırılıb. Ölkəmiz sahibkarlıq fəaliyyəti üçün prinsipial önəm kəsb edən bir çox məsələlərdə dünyanın əksər dövlətlərini qabaqlayır”.
 
 
SEYMUR



Baxış sayı: 839

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Oktyabr 2019

16 10 2019

16/10/19
“Google” şirkəti USB daşıyıcı formasında olan təhlükəsizlik açarı təqdim edib

“Google” şirkəti USB daşıyıcı formasında hazırlanmış miniatür təhlükəsizlik açarını təqdim edib. “Titan S

16/10/19
“Adobe” məhsullarında 80-dən çox boşluq aradan qaldırılıb

“Adobe” şirkəti “Acrobat” və “Acrobat Reader”, “Experience Manager” və “Download

16/10/19
Smartfonun yüksək iş qabiliyyətini qoruyan sadə üsul açıqlanıb

İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğun

16/10/19
Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı 

16/10/19
“Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71%-dən çox artıb

Məlum olduğu kimi, “Microsoft” şirkəti bir neçə ay sonra “Windows 7” əməliyyat sisteminin dəstəyini dayan

16/10/19
“Google Pixelbook Go” noutbukunun təqdimatı olub

“Google” şirkəti ənənəvi oktyabr tədbirində yeni “Pixelbook Go” noutbukunu rəsmən təqdim edib.

16/10/19
“Google” hərəkət sensoruna malik ilk smartfonunu təqdim edib

ABŞ-ın “Google” şirkəti tərəfindən təqdim edilmiş “Pixel 4” smartfonu hərəkət sensoru və təkmilləşdirilm

16/10/19
Sahibini izləyən robot-çamadan təqdim edilib

İtaliyanın “Vespa” motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən “Gita”