12px13px15px17px
Tarix:18/12/14

“BlackBerry” yeni smartfon nümayiş etdirib

“BlackBerry” şirkəti hələ bir neçə ay əvvəl “Classic” smartfonu haqda məlumat verib, amma yalnız indi bu aparat rəsmən nümayiş etdirilib və satışa çıxarılıb.
 




Kanada brendi üçün klassik fiziki “QWERTY” klaviatura ilə təchiz edilmiş “BlackBerry Classic” modelinin nümayişi Nyu-Yorkda keçirilib, bundan sonra istehsalçının saytında qurğu haqda ətraflı informasiya yerləşdirilib.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, cihaz 720x720 piksel (294 ppi) təsvir ölçülü və “Gorilla Glass 3” qoruyucu şüşəsinə malik 3,5 düymlük sensor ekranla təchiz edilib. Aparat 1,5 QHs takt tezlikli ikinüvəli “Qualcomm Snapdragon S4” prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib. Sonuncu “microSD” çıxarılıb taxılan daşıyıcılarının köməyi ilə 128 QB-dək artırıla bilər.
 
Əsas kamera 8 meqapiksellik fotomoduldan ibarətdir. Ön kameranın təsvir ölçüsü 2 meqapikseldir. Akkumulyator batareyasının tutumu 2515 milliamper/saat təşkil edir.
 
Qurğunun fiziki ölçüləri 131×72×10,2 mm, çəkisi 176 qramdır. İstehsalçı telefonun 22 saatlıq avtonom iş müddəti haqda məlumat verib. Aparat “BlackBerry 10 OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
“BlackBerry Classic” smartfonu dünyanın bir çox ölkələrində satınalma üçün əlçatandır. ABŞ-da smartfonun qiyməti 450 dollardır.
 
Emil Hüseynov
 



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024