12px13px15px17px
Tarix:18/12/14

“Microsoft” şirkəti Bakıda "Developer Day 2014" tədbiri keçirib

"Microsoft" şirkəti Bakıda "Developer Day 2014"-ə (Proqramçılar Günü) həsr olunmuş informasiya-kommunikasiya texnologiyaları üzrə tədbir keçirib.


"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir tələbələr, mühəndislər və gənc mütəxəssislər üçün təşkil edilib. "Proqramçılar Günü - 2014" tədbirinin əsas mövzusu "Bulud mühiti" olub.
 
Tədbiri giriş sözü ilə "Microsoft Azerbaijan" şirkətinin "Təhsildə Tərəfdaşlıq" layihəsi üzrə meneceri Emin Axundov açıb və o, peşəkar inkişafın, sertifikatlaşmanın xüsusiyyətlərindən və üstünlüklərindən bəhs edib.
Sonra şirkətin texnologiyalar üzrə məsləhətçisi Qaçay Mirzəyev, bulud proqramlaşdırması və idarəetməsi, masaüstü və mobil tətbiqlərin yaradılması məsələlərini əhatə edən məruzələrlə çıxış edib.
 
Aynur  Vəliyeva



Baxış sayı: 833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024