12px13px15px17px
Tarix:18/12/14

Nazir: “Azərbaycan 20 ildir UNESKO ilə kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir”

“2013-cü ildə Parisdə bir çox genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən təşkilata 5 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi ayrılmasını nəzərdə tutan “Azərbaycan hökuməti ilə UNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanıb”.
 
“ICTnews” elektron xəbər xidmətinin  məlumatına görə, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-a üzv ölkələrin UNESKO üzrə Milli Komissiya və Komitələrinin V görüşündə etdiyi çıxışı zamanı söyləyib. Nazir, Azərbaycanın TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin növbəti görüşünə ev sahibliyi etməsinin sevindirici hal olduğunu qeyd edərək deyib ki, 20 ildir ölkəmiz UNESKO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən, təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, ölkəmiz adıçəkilən təşkilatın demək olar ki, bütün konvensiyalarına qoşulub, müxtəlif komitələrin üzvü olub, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib:
 
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizdə sosial, iqtisadi, mədəni və digər sahələrdə sürətli inkişafı təmin etməklə yanaşı, dövlətimizin dünyada sülhün, əmin-amanlığın, həmçinin qlobal mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın gücləndirilməsi sahəsində fəaliyyəti də genişlənmişdir. Bu istiqamətdə YUNESKO və TÜRKSOY-un iştirakı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Hər il təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın tanınmış dövlət xadimləri, Nobel mükafatı sahibləri, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak edərək öz dəyərli fikirlərini bölüşürlər. Qeyd etməliyəm ki, Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, ölkəmizin maddi və qeyri-maddi irsinə qayğı göstərilməsində, həmçinin Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun çox böyük töhfəsi var”.
 
 
 
SEYMUR
 



Baxış sayı: 1429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020