12px13px15px17px
Tarix:18/12/14

“ASAN xidmət” mərkəzi beynəlxalq dərəcəli sertifikata layiq görülüb

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzlərinə müraciət edən vətəndaşların hüquq və maraqlarını nəzərə almaqla səmərəliliyə və vətəndaş məmnunluğuna daim nail olunması və  mütəmadi olaraq artırılması istiqamətində  İSO 9001:2008 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb.
 
Dövlət Agentliyindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, standartın əsas tələbi xidmət mərkəzlərinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılması, əməkdaşların effektiv, şəffaf və operativ xidmət göstərməsi, eyni zamanda vətəndaşların tam təhlükəsiz, keyfiyyətli xidmət almağının təmin edilməsi üçün zəruri tədbirlərin nəzərə alınmasıdır. Zəruri tələblər beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilərək Dövlət Agentliyinin və Sabirabad "ASAN xidmət" mərkəzinin fəaliyyət göstərdiyi inzibati binanın beynəlxalq standartlara uyğun tikildiyinə dair qərar verilib.
 
Dövlət Agentliyi və mövcud "ASAN xidmət" mərkəzləri öz fəaliyyətini davamlı olaraq təkmilləşdirərək OHSAS 18001:2007 standartına uyğunlaşdırmaq yolunda mühüm addımlar atıb.
 
Dövlət Agentliyi və Sabirabad "ASAN xidmət" mərkəzində beynəlxalq standartlara uyğun yaradılan İdarəetmə Sisteminin hüquqi və praktiki əsasları Azərbaycan Respublikasının Prezidentinin fərmanlarında təsbit olunmuş öhdəliklərin yüksək səviyyədə həyata keçirilməsinə və nəticədə vətəndaş məmnunluğuna nail olunmasına yönəlib. Standart ,həmçinin, 10 dövlət orqanı  tərəfindən «ASAN xidmət» mərkəzlərində göstərilən xidmətlərin yüksək səviyyədə təşkil olunması və daim təkmilləşdirilməsini rəhbər tutur.
 
Qeyd edək ki, "ASAN Xidmət" mərkəzlərində bir sıra dövlət xidmətləri ilə yanaşı, mobil imza əldə etmək və geniş çeşiddə elektron dövlət xidmətlərindən yararlanmaq olar. 
 
Aynur Vəliyeva



Baxış sayı: 739

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024