12px13px15px17px
Tarix:19/12/14

Avropa İttifaqı bank kartı ilə ödəniş üçün komissiyanı azaldacaq

Avropa İttifaqının (Aİ) tərkibinə daxil olan ölkələrin hökumətləri ittifaq ərazisində kredit və debet kartlar üzrə tranzaksiyaların emalı üçün yığımların azaldılması ilə bağlı ilkin razılığa gəliblər.
 
Komissiya yığımlarının məhdudlaşdırılması həm daxili tranzaksiyalar, həm də transsərhəd ödənişlər üzrə tətbiq olunacaq. Bu təşəbbüs istehlakçılar üçün malların qiymətini aşağı salmağa imkan verəcək.
 
Hazırda kartlarla ödəniş üçün banklararası komissiya şəffaf deyil və müxtəlif Aİ ölkələrində fərqlənir.   
 
Ölkələr banklararası komissiya üçün aşağıda göstərilən tarifləri müəyyənləşdirməyi düşünür:
 
Transsərhəd ödənişlərdə debet karlar üçün tranzaksiya məbləğinin 2 faizi;
 
Daxili əməliyyatlar üçün ödəniş sistemi çərçivəsində bütün lokal tranzaksiyaların ortaillik dəyərinin 0,2 faizi;
 
Kredit kartları üçün tranzaksiya məbləğinin 0,3 faizi.
Bu normalar müvafiq qanunvericilik rəsmən qüvvəyə mindikdən altı ay sonra qüvvəyə minəcək. Əvvəlcə qanunvericilik Aİ ölkələrinin hökumətləri və İqtisadi və Monetar Komissiya tərəfindən təsdiq edilməlidir. Bundan sonra sənədin 2015-ci ildə Avropa Parlamentində müzakirəyə çıxarılması gözlənilir, - "IT Expert” yazır.



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024