12px13px15px17px
Tarix:07/06/11

Günəş batareyası ilə qidalanan planşet hazırlanıb

“Pixel Qi” şirkətinin banisi Meri Lu Cepsen (Mary Lou Jepsen) aşağı enerji istehlaklı planşet nümunəsini nümayiş etdirib. Qurğuda rəngli və birrəngli (monoxrom) rejimdə işləyən hibrid displey quraşdırılıb. Birinci halda ekran təxminən 2,5 Vt enerji, ikinci halda isə cəmi 0.5Vt enerji istifadə edir.
Bundan başqa, nümunədə (prototipdə) digər aşağı voltlu komponentlər, əsasən ARM prosessoru ilə ana plata istifadə edilib. Nəticədə planşetin ümumi enerji istehlakı (monoxrom iş rejimində) təxminən 1Vt təşkil edir.
Qurğunun qiyməti təxminən 3 dollar civarındadır. Texnoloji yenilik günəş batareyasından qidalanır. Bu halda əlavə enerji mənbələri tələb olunmur.
Lakin “Pixel Qi” belə mini-kompyuterlərin bazara nə vaxt çıxarılacağını bildirməyib.



Baxış sayı: 1120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024