12px13px15px17px
Tarix:19/12/14

“Bakcell” Naxçıvanda yeni Müştəri Xidmətləri Mərkəzi və diler mağazası açdı

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda  satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir. Ötən gün Naxçıvan Muxtar Respublikasında  "Bakcell"in yeni Müştəri Xidmətləri Mərkəzi və diler mağazasının  açılışı olub. 
 
 
Açılış mərasimində Naxçıvan MR rabitə və  yeni texnologiyalar nazirinin müavini  Əli Mikayılov da iştirak edib. "Bakcell"i təbrik edən Ə.Mikayılov şirkətin Naxçıvan ərazisində fəaliyyətini genişləndirməsindən məmnun olduğunu dedi. 
 
 
"Bizim Azərbaycanın  müxtəlif regionlarında xidmət və məhsullarımızı abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə regional inkişaf strategiyamız var. Bu regionların içərisində  Naxçıvan xüsusi yer tutur. Xüsusən son altı ay ərzində biz burada fəaliyyətimizi genişləndirmək üçün bir çox işlər görmüşük.  Bu işlərin ilkin nəticələri artıq ortadadır: bu gün Naxçıvan şəhərində həm yeni xidmət mərkəzinin, həm də diler mağazasının açılışını edirik. Bundan əlavə, Muxtar Respublikanın ərazisində ilk dəfə olaraq səyyar satış avtomobili fəaliyyətə başlayır. Biz bu regionun inkişaf etdiyini görürük və "Bakcell" şirkəti də bu inkişafın bir hissəsi olmaqdan məmnundur. Mən bizə göstərilən xüsusi diqqətə görə Naxçıvandakı bütün əlaqədar təşkilatlara təşəkkürümü bildirirəm", - deyə "Bakcell"in baş satış direktoru Fedja Hadzic bildirib. 
 
 
“Bakcell”in Satış və Müştəri Xidmətləri Mərkəzi Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında abunəçilərinə tam çeşiddə xidmətlər təqdim edir.
 
 
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 37 ünvanında yerləşən diler mağazasının açılışında qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.
 
 
Açılış mərasimi zamanı qonaqlara həmçinin Naxçıvanda ilk dəfə olaraq “Bakcell” səyyar satış və xidmət nöqtəsi təqdim olunub. Mərkəz xüsusi avtomobil üzərində qurulub və Muxtar Respublikanın bütün ərazisində “Bakcell” abunəçilərinə xidmət göstərəcək. Buradan 
 
pulsuz “Doğma CİN” tarifli nömrələr əldə edən abunəçilərə kampaniya çərçivəsində 6 ay ərzində hər ay 30 dəqiqə bonus təqdim olunur.
 
 
Qeyd edək ki, “Doğma CİN” tarifindən faydalanan abunəçilər şəbəkədaxili bir dəqiqə üçün cəmi 2 qəpik, şəbəkəxarici bir dəqiqə üçün isə 4 qəpik ödəyirlər.
 
 
Bundan başqa, Naxçıvan üçün nəzərdə tutulan kampaniyanın şərtlərinə uyğun olaraq, cəmi 18 AZN ödəməklə 3 aylıq “Sür@ İnternet” paketi və  “Sür@” data kartı pulsuz əldə etmək olar.
 
“Bakcell” “Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq öz məhsul və xidmətlərini abunəçilərinə daha yaxın və əlçatan etmək məqsədilə daim satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edəcək. 
 
RƏVAN



Baxış sayı: 889

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024