12px13px15px17px
Tarix:19/12/14

Çinin böyük smartfon istehsalçısı təhlükəli proqram təminatından istifadədə şübhəli bilinir

Çinin ən böyük smartfon istehsalçılarından biri olan “Coolpad Group” şirkətinin səhmləri 15 faiz azalıb. Buna Nuna “Palo Alto Networks”in sözügedən şirkətin istehsalı olan qurğuların proqram təminatında boşluq haqda məlumat verməsi səbəb olub. “Coolpad” şirkətinin kotirovkaları üç ildən çox müddətdə bu qədər azalmayıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Palo Alto Networks” şirkətindən bildirilib ki, “Coolpad”in “Android” platforması ilə işləyən telefonlarına quraşdırılmış əlavə istifadəçilərin fərdi məlumatlarını (məsələn, zənglərin tarixçəsini) “Coolpad”ın serverlərinə göndərə və telefon sahibinin xəbəri olmadan əlavələri işə salına bilər. “Bloomberg” nəşri yazır ki, təhlükəsizlik sahəsi üzrə ekspertlər bildiriblər ki, istehsalçı özü zərərli proqram təminatını yaradıb və onu idarə edir.
 
“Canalys” analitiklərinin 2014-cü ilin üçüncü rübünə olan məlumatına görə, “Coolpad” Çin bazarına smartfon tədarükünün həcminə görə dördüncü yeri tutur.

Emil Hüseynov



Baxış sayı: 830

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024