12px13px15px17px
Tarix:19/12/14

“Amazon” internet sifarişlərini bir saata çatdıracaq

Dünyanın nəhəng "Amazon” internet mağazası “Prime Now” təcili çatdırılma servisini istifadəyə verib. Nyu-York sakinləri alışlarını sifariş rəsmiləşdirildikdən bir saat sonra ala biləcəklər.

Əvvəlcə xidmətdən Manhettendə istifadə mümkün olacaq. Sınaqlar uğurlu olsa, servisdən digər rayonların və ABŞ-ın başqa şəhərlərinin sakinləri yararlana biləcək.
 
İnternet mağazasının çatdırılma xidməti çəkisi və həcmi müəyyən göstəriciləri ötməyən müxtəlif malları, məsələn, kitab, oyuncaq və akkumulyatorları çatdıracaq.
 
“Amazon” alıcılara malların çatdırılmasını sürətləndirən müxtəlif “startup”larla dolu bazarda rəqabətqabiliyyətli qalmaq üçün daha rahat çatdırılma üsulları təklif etməyə məcburdur.
 
Təcili çatdırılma xidmətindən smartfona “Prime Now” əlavəsini yükləyən bütün alıcılar istifadə edə bilər. Proqram “iOS” və “Android” mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularla uyğunluq təşkil edir. Bir saata çatdırılma istirahət günləri olmadan saat 6:00-dan 00:00-dək bütün sifarişlər üçün keçəridir.
 
Xidmətin qiyməti bütün mallar üçün 7,99 dollar təşkil edir. Kuryer malı vaxtında çatdırmasa, alıcı çatdırılma üçün ödəniş etməyə bilər.
 
Son vaxtlar “Amazon” fəal innovasiyalar tətbiq edir və artıq şirkətin anbarlarında robotlar işləyir, Böyük Britaniyada isə malların pilotsuz uçuş aparatları ilə çatdırılması sınaqdan keçirilir, - "Payspace” yazır.



Baxış sayı: 782

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024