12px13px15px17px
Tarix:20/12/14

“Toshiba” şirkəti 6 TB tutumda korporativ sinfə aid HDD buraxıb

“Toshiba” şirkəti korporativ sinfə aid olan MG04 seriyasının 3,5 düymlük sərt disklərlə artırılmasını elan edib: artıq 6 TB tutumlu SATA və SAS modeli təqdim edilib.
 
“ICTnews” xəbər xidmətinin “www.ferra.ru” saytına istinadən verdiyi məlumata əsasən,   SAS interfeysli yeni modellər yüksək sürətlə (12 Gbit/s) məlumat ötürmə imkanına  və genişləndirilmiş təchizatın idarəetmə funksiyalarına malikdir. Orta məhsuldarlığa malik olan və real vaxt rejiminə daha yaxın olan “Toshiba MG04” seriyası  biznes üçün çox vacib olan sistemlərə görə yaradılıb. Korporativ sinfə aid olan bu disklər “Advanced Format 4K” (sənaye standartını) və 512e texnologiyası üzrə sektorların bölünməsini dəstəkləyirlər.
 
6 TB tutumlu “Toshiba MG04ACA” və “MG04SCA” modellərində  “Persistent Write Cache” – uzunmüddətli keş-yaddaş yazısı texnologiyası istifadə edilir, hansı ki, enerji toplamanın gözlənilmədən sönməsi halında məlumatların itkisinin qarşısını alır və məlumatların emalı prosesinin etibarlılığını və məhsuldarlığını artırır. Bundan başqa, SAS və SATA komandalarını dəstəkləyən sərt disk modelləri təqdim edilir, hansı ki, “anında” məlumatların kriptoqrafik silinməsinə xidmət göstərir.
 
“Toshiba MG04ACA” (SATA interfeysli və 6 Gbit/s ötürmə qabiliyyətli) və “MG04SCA” (SAS interfeysli və 12 Gbit/s ötürmə qabiliyyətli) modellərinin nümunələri müştərilərə 2015-ci ilin birinci rübündə təqdim ediləcək.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 852

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024