12px13px15px17px
Tarix:22/12/14

“Volvo” şirkəti velosipedçilər üçün “ağıllı” şlem yaradıb

“Volvo”, “Ericsson” və  idman avadanlıqları istehsalçısı “РОС” velosipedçilər üçün “ağıllı” şlem yaradıblar.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu şlem yolda avtomobil ilə toqquşmadan xilas olmağa imkan verir.
 
Şlemdə quraşdırılmış sensorlar yaxınlıqda olan “Volvo Cars’ City Safety System” təhlükəsizlik sistemi və internet ilə təchiz edilmiş avtomobillərə yolda velosipedçinin olması haqda, velosipedçilərə isə yaxınlıqdan keçən maşınlar haqda xəbərdarlıq verməsinə imkan verir. Sistem hər iki nəqliyyat vasitəsinin trayektoriyasını hesablamağa və sürücüləri ehtimal edilən qəza haqda xəbərdar etməyə imkan verir.
 
Şirkətdən bildiriblər ki, avtomobil sürücüsü yaxında velosipedçinin olması ilə bağlı xəbərdarlıqla yanaşı, avtomobilin yerləşdiyi yer haqda məlumat alırlar. Velosipedçi avtomobil haqda məlumatı şlemdəki xüsusi kiçik lampa üzərindən alacaq. Yeni texnologiya Las-Veqasda keçiriləcək “CES 2015” sərgisində nümayiş olunacaq.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024