12px13px15px17px
Tarix:22/12/14

Tibbi sosial ekspert komissiyasına göndəriş formalarının elektron registri yaradılıb

Səhiyyə Nazirliyinin yeni elektron xidmətlərinin səhiyyə müəssisələrində tətbiq edilməsi prosesinin davamı olaraq, “Tibbi sosial ekspert komissiyasına göndəriş”in elektron registri yaradılıb.

Proses Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 14.12-ci bəndinə əsasən tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilib.

Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən (SİM) qeyd edilib ki, müvafiq tibbi arayışın səhiyyə müəssisələrində tətbiqi 1 Yanvar 2015-ci  il tarixindən etibarən “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”ndən (VESKS) çap edilərək vətəndaşlara verilməsi ilə təmin ediləcək. Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması, təlimlərin müvafiq tibbi heyətə keçilməsi və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən göstərilir.
 
 
Qeyd edək ki, VESKS Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan elektron informasiya sistemidir. Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə cəmləşdirən elektron informasiya sisteminin mövcud olmasına imkan verir.
 
Sağlamlıq Kartı sisteminə daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.
 
 Bu, müasir standartlara uyğun informasiya sistemidir. Kartda olan informasiya xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda, yaxın gələcəkdə təcili tibbi yardım maşınlarında, apteklərdə və s. kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər. Elektron informasiya sistemi ilkin mərhələdə uşaq kontingentinə xidmət edən tibb müəssisələrini əhatə edir. Bura respublikada fəaliyyət göstərən bütün doğum evləri və şöbələri, uşaq poliklinikaları və xəstəxanaları aiddir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024