12px13px15px17px
Tarix:22/12/14

4K televizorlar populyarlaşır

“Futuresource Consulting” analitiklərinin proqnozuna əsasən, 2014-cü ildə qlobal televizor bazarının həcmi ötən illə müqayisədə 3 faiz artacaq və ədədi ifadədə 234 milyon təşkil edəcək. Ancaq pul baxımından televizorların satış həcmi 4 faiz azalaraq 97 milyard ABŞ dollar olacaq ki, bu da qurğuların orta pərakəndə qiymətinin azalması ilə bağlıdır.

"Cari ilin birinci yarısında futbol üzrə dünya çempionatı televizor bazarında tələbatın artması ilə nəticələnib. Çempionat bitdikdən sonra, üçüncü rübdə tədarük həcmi gözlənildiyindən yüksək olub" – “Futuresource Consulting”in baş analitiki Cek Vezerill bildirib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ayrı-ayrı regionlardakı vəziyyəti təhlil edən mütəxəssis əlavə edib ki, cari il Avropaya 57 milyondan çox televizor tədarük ediləcək. Bu halda Qərbi Avropada tədarüklərin həcmi illik ifadədə 2 faiz artacaq, Şərqi Avropada isə ötənilki səviyyəsini qoruyub saxlayacaq.

“Futuresource Consulting”in analitikləri Şimali Amerikanın televizor bazarının həcmini 40 milyon, Latın Amerikanı isə 32 milyon qiymətləndirirlər.

Asiya-Sakit okean regionuna 88 milyon səviyyəsində tədarük gözlənilir. Ekspertlərin proqnozuna görə, növbəti bir neçə ildə bu regiona televizor tədarükü ildə orta hesabla 4 faiz artacaq və 2018-ci ilədək 100 milyonu ötəcək.

Bu halda dünya bazarında artım sürəti (CAGR) 3 faiz səviyyəsində gözlənilir. “Futuresource” şirkətinin qiymətləndirməsinə görə, 4 il sonra qlobal televizor bazarının həcmi 260 milyondan çox təşkil edəcək.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 760

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024