12px13px15px17px
Tarix:22/12/14

“Google” saytları şifrlənmiş protokoldan istifadəyə çağırır

“Google Chrome” brauzerinin təhlükəsizliklə məşğul olan tərtibatçıları internet istifadəçilərini qorumaq üçün kəskin addım atmağa hazırlaşırlar. Artıq növbəti ildən “Chrome” brauzeri şifrləmədən istifadə etməyən istənilən saytın təhlükəsi haqda istifadəçilərə xəbərdarlıq edəcək.
 
Beləliklə, “https://” (şifrlənmiş sayt) əvəzinə “http://” ilə başlanan (resursların əksəriyyətində istifadə olunan adi internet protokolu)  istənilən internet ünvanını açdıqda istifadəçi göndərilən məlumatların qorunmadığı haqda xəbərdarlıq alacaq.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Google” bütün saytları əsas seçim kimi “HTTPS” şifrlənmə protokolundan istifadəyə  keçidə inandırmaq istədiyini gizlətmir. Cari ilin yayında axtarış sistemi öz axtarış sistemində şifrlənmiş səhifələrin “nüfuzunu” artırmağa başlayıb.
 
Emil Hüseynov
 

 
 
 



Baxış sayı: 936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024