12px13px15px17px
Tarix:25/12/14

“Firefox” platforması ilə işləyən şəffaf smartfon təqdim edilib (FOTO)

Yaponiyanın "KDDI" operatoru "Firefox OS" platforması ilə işləyən şəffaf korpuslu smartfonun satışına başlayacaq. Qeyri-adi həllin müəllifi məşhur dizayner Tokudzin Yesiokadır.
 
Yaponiyanın "KDDI" operatoru Tokioda keçirilmiş mətbuat tədbirində şəffaf korpus və "Fx0" adlı smartfonunu nümayiş etdirib.



 

"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, smartfonun dizaynı yaponiyalı məşhur dizayner Tokudzin Yesioko tərəfindən hazırlanıb. O, "KDDI" operatoru ilə uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. "Fx0" konsepsiyası "Mozilla" əməliyyat sistemi tərtibatçısının əsaslandığı açıqlıq və şəffaflığı vurğulamaq üçün nəzərdə tutulub. Qurğunun istehsalçısı Koreyanın "LG Electronics" şirkətidir.
 
"Fx0" smartfonu "Firefox OS 2.0" əməliyyat sistemi ilə işləyir, amma cihazın əsas özəlliyi aparatın daxilində yerləşmiş elektronikanı görməyə imkan verən şəffaf korpusdur. Smartfonun detalları açıq-qəhvəyi və qızılı rəng çalarlarında rənglənib.
 
"Fx0" smartfonunda ekranın ölçüsü 4,7 düym təşkil edir. Aparat 1,2 QHs takt tezlikli dördnüvəli "Qualcomm MSM8926 Snapdragon 400" prosessoru, 1.5 QB əməli yaddaş, 16 QB daxili yaddaş ("microSDXC" yaddaş kartlarının köməyi ilə artırmaq mümkündür), 8 meqapiksellik əsas və 1,2 meqapiksellik ön kameralarla, 2370 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. "NFC" texnologiyası dəstəklənib. Mobil telefonun fiziki ölçüsü 139x70x10,5 mm, çəki 148 qramdır.

İstehsalçı bildirib ki, modelin avtonom iş vaxtı təxminən 17 saat, gözləmə vaxtı "LTE" şəbəkəsində 720 saat və ya "3G" şəbəkəsində 820 saat təşkil edir.
 
2015-ci il yanvarın 6-da qurğunun kütləvi satışlarına başlamaq planlaşdırılır.
 
Cihazın qiyməti 50 min yena təşkil edəcək. Beləliklə, "Fx0" smartfonu "Firefox OS" platforması ilə işləyən qurğular arasında ən bahalı aparat olacaq.
 
Emil Hüseynov
 



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024