12px13px15px17px
Tarix:25/12/14

“WhatsApp” messencerində səsli zənglər işə salınacaq


Populyar “WhatsApp” messencerinin yeni versiyasının ekran görüntüləri “Android World” texnologiya bloqunda dərc edilib.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, nəşr “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün “WhatsApp” messencerinin yeni versiyasının interfeysinin ekran görüntülərini dərc edib.
 
Bu görüntülərə əsaslanaraq demək olar ki, səsli danışıq zamanı ekranın mərkəzində abunəçinin avatarı, yuxarı hissədə cari zəngin davametmə müddəti və bu zəngin “WhatsApp” üzərindən edildiyi haqda informasiya qeyd ediləcək. Aşağı hissədə yerləşmiş düymənin köməkliyi ilə zəngi başlatmaq və bitirmək mümkün olacaq.

“WhatsApp” messencerində səsli zəng funksiyasının istifadəyə verilmə tarixi hələ bəlli deyil.
 
2014-cü ilin sentyabrına olan məlumata görə, “WhatsApp” messencerinin auditoriyası 600 milyon olub. Səsli zənglərin işə salınması sözügedən xidmətə “Viber”, “Skype” və “Line” kimi rəqiblərlə daha effektiv rəqabətə imkan verəcək.
 
Emil Hüseynov



Baxış sayı: 812

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024