12px13px15px17px
Tarix:25/12/14

"Azercell"in prezidenti vəzifəsini tərk edir

2012-ci ilin sentyabr ayından etibarən "Azercell Telekom" MMC-nin prezidenti vəzifəsini icra edən Kiril Qaburiç müqavilə müddətinin başa çatması ilə əlaqədar vəzifəsini tərk edib. O, "TeliaSonera" şirkətlər qrupu xaricində digər karyera imkanlarını nəzərdən keçirməyi qərara aldığından belə bir addım atıb.  






14 ilə yaxın  Qrup daxilində çalışmış Qaburiç "Azercell" şirkətinə rəhbər təyin edilməzdən əvvəl "Moldcell" şirkətinin prezidenti kimi fəaliyyət göstərib.

"TeliaSonera" şirkətlər qrupunun vitse-prezidenti və Avrasiya regionunun prezidenti Erik Hallberg K.Qaburiçin şirkətin prezident postunu tərk etməsini şərh edərək bildirib ki; "Müqavilə müddəti başa çatan Kiril Qaburiçə sərf etdiyi zamana və göstərdiyi səylərinə görə təşəkkürümü bildirmək istərdim. Böyük səmimiyyətlə ona gələcək işlərində yeni uğurlar arzu edirəm. Eyni zamanda, Vahid Mürsəliyevi icra edəcəyi yeni vəzifəsi münasibəti  ilə təbrik edir, ötən 6 ay ərzində müşahidə etdiyimiz müsbət dönüşü davam etdirəcəyimizə səmimi şəkildə inanıram".

Məlumat üçün bildirək ki, "Azercell Telekom"un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyev 2015-ci il yanvar ayının 5-dən etibarən yeni prezident təyin edilənə qədər bu vəzifəni icra edəcək.


2000-2001-ci illərdə ABŞ-ın Case Western Reserve Universitetinin Korporativ İdarəetmə üzrə doktorluq dərəcəsini alan V.Mürsəliyev Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur. O, həmçinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.
 

 

 



Baxış sayı: 1436

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024