12px13px15px17px
Tarix:25/12/14

“Samsung” autizm xəstəliyindən əziyyət çəkən uşaqlara kömək etdi

“Samsung” şirkətinin hazırladığı “Look At Me” adlı tətbiqin köməyi ilə autizm sindromundan əziyyət çəkən uşaqlar ətrafdakı insanlarla ünsiyyət saxlamağı öyrənə bilərlər.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, autizm xəstəliyindən əziyyət çəkən uşaqlar çox vaxt yaşıdları, həmçinin doğmaları ilə ünsiyyətdən çəkinirlər. “Samsung” şirkəti tərəfindən həkim və alimlərlə birgə hazırlanmış tətbiq uşaqlara vizual əlaqə yaratmağı, həmçinin ətrafdakı insanların mimika və emosiyalarını başa düşməyi oyun formasında öyrətmək üçün nəzərdə tutulub.
Smartfonun kamerasının köməyi ilə başqa insanları da bu prosesə cəlb etmək olar. Məsələn, uşaq ananın şəklini çəkə bilər və tətbiq ona anasının sifətindəki emosiyaların izahına kömək edəcək.

Tətbiqin sınaq nəticələrinə əsasən, hansılar ki, 8 həftə ərzində sınaqlarda iştirak etmiş uşaqların 60 faizi daha yaxşı vizual əlaqə yaratmağı  öyrəniblər.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 652

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024