12px13px15px17px
Tarix:25/12/14

Almatıda informasiya iqtisadiyyatına dair keçirilmiş təlim kursunda Azərbaycandan olan nümayəndələr də iştirak edib

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD), Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Şimali və Mərkəzi Asiya regional bölməsinin (NCA) təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində “İnformasiya iqtisadiyyatının statistikasının istehsalı” mövzusunda təlim kursu keçirilib.
 
 
Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə,  komitənin nümayəndələri -  Xidmət statistikası şöbəsi müdirinin müavini Fərhad Qubatov və Nəqliyyat, informasiya və rabitə statistikası sektorunun müdiri İsmayıl Süleymanov təlim kursunda iştirak ediblər.
 

Regional kurs Azərbaycandan, Belarusdan, Moldovadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Rusiyadan, Tacikistandan və Ermənistandan olan nümayəndələrin iştirakı ilə keçirilib.
 
 
İnformasiya iqtisadiyyatının statistik məlumatlarının istehsalına dair təlim kursu müəssisələrdə İKT-dən və İKT sektoruna aid olan beynəlxalq səviyyədə müqayisə oluna bilən statistik məlumatların rəsmi istehsalçılarının potensialının yüksəldilməsinə yönəldilib.
 
 
UNCTAD-ın metodologiyası əsasında təşkil olunmuş təlim kursu əsasən İKT göstəriciləri haqqında anlayışa, İKT sahəsində məlumatların toplanması strategiyasının hazırlanmasına, müəssisələrdə İKT müşahidəsinin layihələndirilməsinə, İKT müşahidəsi məlumatlarının işlənməsinə, İKT məlumatlarının yayılmasına dair bölmələri əhatə edib.
 
 
CAHANGİR



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024