12px13px15px17px
Tarix:25/12/14

“Elektron hökumət” portalına miqrasiyaya dair yeni elektron xidmətlər əlavə edilib

Miqrasiya sahəsində göstərilən 9 elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin portala əlavə olunan yeni xidmətlərinə “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması”, “Müvəqqəti yaşamaq üçün icazə”, “Daimi yaşamaq üçün icazə”, “Əmək fəaliyyəti müddətinin uzadılması”, “Əmək fəaliyyəti üçün icazə”,  “Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi”, “Azərbaycan Respublikasında vətəndaşlığına bərpa edilməsi”, “Miqrasiya orqanlarına qulluğa qəbul” və “Onlayn ödəmə” daxildir.
 
Bununla da “Elektron hökumət” portalı üzərindən miqrasiya sahəsi üzrə  göstərilən elektron xidmətlərin sayı 10-a çatıb.
 
CAHANGİR
 



Baxış sayı: 931

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024