12px13px15px17px
Tarix:26/12/14

İT sənayesi üzrə ilin baş direktoru seçilib

“Apple” şirkətinin direktoru Tim Kuk “CNN Money” maliyyə nəşrinin versiyasına görə, baş direktorların reytinqində birinci olub.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple”ın səhmləri cari ildə 40 faiz artıb. 2014-cü ildə onun rəhbərliyi altında şirkət iki “iPhone”, iki “iPad” və “Apple Pay” ödəmə sistemi daxil olmaqla bir sıra yeni məhsullar buraxıb və 2015-ci ildə “Apple Watch” smart saatının bazara çıxarılışı gözlənilir.
 
Bundan əvvəl Britaniyanın “The Financial Times” qəzeti onu 2014-cü ilin ən nüfuzlu iş adamı adlandırıb.
 
“BlackBerry”nin direktoru Con Çen (şirkəti müflis olmaqdan xilas edib, “BlackBerry”nin səhmləri bir ildə 35 faiz artıb) “CNN” reytinqində baş direktorlar arasında ikinci pilləni tutub.
 
“Microsoft”un yeni direktoru Satya Nadella üçüncü pillədə qərarlaşıb. Şirkətin tarixində üçüncü baş direktor Nadella “Microsoft”un iş məhsuldarlığını artırmaq üçün yeni texnologiya kursu seçib: bir ildə şirkətin səhmləri 25 faiz artıb.
 
 
Emil Hüseynov



Baxış sayı: 842

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024