12px13px15px17px
Tarix:26/12/14

ABŞ-da yüksək manevrli pilotsuz uçuş aparatları hazırlanacaq

ABŞ Silahlı Qüvvələri üçün ən yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) kompakt pilotsuz uçuş aparatlarını inkişaf etmiş qavrayışla və avtonom şəkildə işləmək qabiliyyəti ilə təchiz etmək niyyətindədir.
 
Bu vəzifənin həlli üçün agentlik "Fast Lightweight Autonomy” (FLA) adlı proqramı istifadəyə verib. Proqramın məqsədi aparatları yolu qapalı, müxtəlif maneələrlə dolu yerlərdə operatorun iştirakı olmadan tez tapmaq bacarığı ilə təchiz edəcək yeni alqoritmlərin hazırlanmasından ibarətdir.  
 
 
Dərc edilən tələblərə əsasən, manevrli pilotsuz uçuş aparatları göyə qalxaraq qapalı yerlərdə 72 km/saatadək sürət yığacaq. Bunların hamısını gələcək aparatlar operatorla rabitə əlaqəsinin olmaması ilə yanaşı, “GPS” sisteminə çıxış olmadan həyata keçirəcək.
 
“Vəhşi quşlar və uçan həşəratlar bizim pilotsuz uçuş aparatlarında tətbiq etmək istədiyimiz imkanlara malikdir. Məsələn, qırğılar meşədə ağaclarla toqquşmadan sürətlə uça bilir. Əksər həşəratlar da yüksək sürət və dəqiqliklə uçmaq qabiliyyətinə malikdir”, - "DARPA”-nın proqramlar rəhbəri Mark Misire qeyd edib.
 
Bildirilir ki, proqramın uğurlu olacağı təqdirdə hazırlanan alqoritmlər həm pilotsuz uçuş aparatlarından istifadədə, həm də yerüstü, dəniz və sualtı sistemlərdə tətbiq olunacaq, - "NEWSru www.newsru.com” yazır.  



Baxış sayı: 823

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024