12px13px15px17px
Tarix:27/12/14

2014-cü ilin 10 ən yaxşı ixtirası (FOTOLAR)

Geridə qoyduğumuz il bir sıra maraqlı ixtiralarla yadda qalıb. Bəziləri bizlərdə böyük təəssürat yaradıb.
 

 
 
 
 

 
 
"Ağıllı" kosmik gəmi

İnsanlar uzun müddətdir Mars planetini fəth etməyə çalışırlar. Sentyabrın  24-də ABŞ, Rusiya və Avropa deyil, məhz Hindistanın "Manqalyan" planetlərarası kosmik stansiyası Qırmızı planetin orbitinə çıxıb. Bu kosmik gəmi beş bort qurğusu ilə təchiz edilib, onun tikintisi 74 milyon dollara başa gəlib.
 

 
 
 
 

 
 
Xoverbord

 
Formasına görə skeytbordu xatırladan, amma təkər əvəzinə iki antiqravitatordan ibarət qurğu xoverbord adlanır. Bu qurğunun yaradılması ideyası rejissor Robert Zemekisin "Gələcəyə qayıdış 2" filmindən götürülüb. Xoverbord yer səthindən 3 santimetr hündürlükdə uça bilər, həmçinin bu səth cərəyan keçirməlidir, batareyanın şarjı yalnız 15 dəqiqə əlçatandır. İndiyədək yalnız 10 belə xoverbord hazırlanıb. Ancaq istehsalçılar olduqca qətiyyətlidir və qurğunu təkmilləşdirmək istəyirlər.
 

 
 
 

 
3D çap

 
İstənilən obyekti düzəltmək bacarığına malik qurğudur. Bu, elmi fantastika kimi səslənir, amma rəqəmli cizgilər üzrə obyektlər yarada bilən üçölçülü çap qurğularının inkişafı nəticəsində bu fantastika reallığa çevrilir.
3D çap texnologiyası həm korporasiya, həm də istehlakçılar üçün faydalıdır. Ötən il məktəblilər artıq fizika dərsləri üçün maşın modelini 3D printerdə çap ediblər. Təyyarə istehsalçıları reaktiv mühərriklərin effektivliyinin artırılması üçün 3D çapdan istifadə edirlər.
 
 

 
 
 

 
Beli bükülmədən xilas edən çip

 
Yəqin bilirsiniz ki, beli bükük insanlarda zamanla niyə bel ağrısı yaranır. "Biz sadəcə unuduruq ki, beli bükmək lazım deyil" – "Lumo BodyTech" şirkətinin əməkdaşı Monika Perkaş belə deyib. İstifadəçi baş barmaq ölçüsündə bu cihazı öz köynəyinə bərkitdikdən sonra cihaz bel və boynun vəziyyətinin təhlilinə başlayır və düzgün qamət olmadıqda titrəyir. Sistem hələ ki tam mükəmməl deyil. Buna baxmayaraq, qurğuya tələbat artıq təklifi üstələyib.
 
 
 
 
 
 
Gözdən əlilliyin qarşısını alan bananlar

 
Afrikada 5 yaşınadək uşaqların təxminən 30 faizi sadə bir səbəbdən gözdən əlil olmaq riski ilə üz-üzədir: onlar gözlərin normal işi üçün lazımi miqdarda A vitamini qəbul etmir. Amma bu uşaqların qida rasionunun çox hissəsini təşkil edən bananları elə təkmilləşdirmək olar ki, A vitamin çatışmazlığı aradan qalxsın. Avstraliyalı genetik Ceyms Deyl 2000-ci ilin əvvəlində Uqandaya səfər etdikdə məhz bu ideya onun ağlına gəlib. Məhz o zaman Deyl və onun komandası A vitamini ilə zəngin "superbanan"ların yaradılmasına başlayıb. Yaxın vaxtlarda yeni bananlar insanlar üzərində sınaqdan keçiriləcək.
 

 
 

 
"Blackphone"

 
İspaniyanın "Geeksphone" startapı və "Silent Circle" şifrlənmiş rabitə firması tərəfindən hazırlanmış "Blackphone" dünyanın ilk təhlükəsiz smartfonu kimi təqdim edilib. Aparat telefon zənglərini, elektron məktubları, internet səhifələrini, baxılan mətnləri şifrləyə bilir. Qurğu, həmçinin istənilən GSM daşıyıcı ilə işləyir.
 

 
 
 
 

 
"Apple Watch"

"Apple Watch" cari ilin sentyabrında elan edilib, amma hələ satışa çıxarılmayıb. Nüfuzlu "Time" nəşrinin səhifəsində bu cihazın təsvirində yazılıb ki, "Apple Watch" yalnız "ağıllı" saat deyil, həm də  kiçik portativ kompüterdir.

"Bu saat özündə sensor ekran və fiziki düymələri birləşdirir. Qurğu mesaj göndərə, komanda verə, insan orqanizminin göstəricilərini izləyə və kontaktsız ödənişlər edə bilər" – nüfuzlu nəşrin jurnalistləri əmin ediblər və bildiriblər ki, "Apple Watch"ın buraxılışı ilə daşınan cihazlar bazarı yüksək inkişaf mərhələsinə qədəm qoyacaq.
 

 

 

 

 
"The Selfie Stick"

 
"Selfi" üçün ştativ – bu, fotoportretlərin yaradılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. Tədqiqatçılar hesabatlarında bildirirlər ki, amerikalıların ən azı 25 faizi, heç olmasa, bir dəfə sosial şəbəkədə "selfi" yerləşdiriblər. Bu işdə gəlir görən bəzi şirkətlər "selfi" yaradılması prosesini sadələşdirən qurğunun istehsalına başlayıb.
 
 
 
 
 
 
 
 
"Microsoft Surface Pro 3"

Bu planşet noutbukları əvəz etmək üçün yaradılıb. "Surface Pro 3" –  "Microsoft"un istehsalı olan ən nazik və yüngül planşetdir. Eyni zamanda, tamölçülü noutbuk kimi eyni gücə malikdir.
Planşet nəfis dizayna, dördüncü nəsil "Intel Core i3" prosessoruna, 4 QB əməli yaddaşa, 64 QB tutumunda sərt diskə və daxili "MicroSD" kart riderinə malikdir. Bu planşet sübut edir ki, artıq noutbuklar dövrü bitir.




 


Vacib mesajları xatırladan üzük





Başqa iş adamları kimi Kristina Merkando da smartfonunu əl çantasında saxlayır. Bu o deməkdir ki, o, vacib mesajları yoxlamaq üçün vaxtaşırı qurğunu çantadan çıxarmalı olur. Amma əgər o, bütün vacib məlumatı hansısa daşınan qurğudan ala bilsəydi? Məhz belə fikirlər "Ringly" üzük istehsal xəttinin yaranması ilə nəticələnib. Bu üzükləri elə proqramlaşdırmaq olar ki, onun sahibi müdirindən elektron poçt, öz sürücüsündən mətn mesajı aldıqda mesaj gələcək. "EBay" hərracında dizayn üzrə menecer olmuş Merkando bu üzüklərin satışından 1 milyondan çox dollar qazana bilib. Bu ilin iyulunda buraxılmış 1000 ədəd "Ringly" üzüyündən ibarət birinci partiya 24 saat ərzində satılıb.

Emil Hüseynov



Baxış sayı: 1621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024