12px13px15px17px
Tarix:29/12/14

“Ölkəmizdə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması sahəsində mühüm işlər görülüb”

Bu ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 2,2 faiz, qeyri-neft sektoru 6,5 faiz, o cümlədən qeyri-neft sənayesi 6,6 faiz, rabitə 14,2 faiz artıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasının bazis ili ilə müqayisədə 2013-cü ildə ÜDM 5,8, qeyri-neft sektor 10, strateji valyuta ehtiyatları 8,7 faiz artıb.
 
Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun ikinci iclasında məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə beynəlxalq sosial-iqtisadi çağırışlara cavab verən rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması sahəsində mühüm işlər görülüb:
 
“Dünyada və regionda müşahidə edilən mənfi iqtisadi meyillərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr tam həcmdə icra olunur, sahibkarlığa dövlət dəstəyi və s. tədbirlər uğurla davam etdirilir. Azərbaycan dünyada 40 ən rəqabət qabiliyyətli iqtisadiyyata malik ölkələr sırasına daxildir və son 6 ildə MDB dövlətləri arasında liderdir. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətinin artırılması və bu sahəyə investisiya qoyuluşlarının sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir”.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024