12px13px15px17px
Tarix:29/12/14

Azərbaycanda elektron turist vizasının tətbiqi gəlmə turizmin inkişafına səbəb olub

Ölkəmizdə elektron turist vizasının tətbiqi Mədəniyyət və Turizm Nazirliyindən turizm fəaliyyətinə lisenziya almış turizm şirkətlərinin gəlmə turizm növünə marağını artırıb.
 
 
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, hazırda elektron turist vizasının verilməsi ilə bağlı nazirlik tərəfindən 55 turizm şirkəti akkreditasiyadan keçib.
 

2013-cü il ərzində turizm şirkətləri tərəfindən elektron turist vizası vasitəsilə ölkəmizə gələn xarici turistlərin sayı 6.147 nəfər təşkil edib. 2014-cü ilin I yarımillik məlumatlarına əsasən bu rəqəm 11.933 nəfər olub.
 
CAHANGİR
 



Baxış sayı: 891

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024