12px13px15px17px
Tarix:30/12/14

Azərbaycanda daha çox hansı əməliyyat sistemlərindən istifadə edilir?

"Global Stats" analitik şirkətinin təhlillərinə əsasən məlum olub ki, Azərbaycanda ən populyar axtarış sistemi hazırda 63,9  faiz bazar payına malik olan "Google.az"dır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ikinci yeri bazar payı 12,57 faiz təşkil edən "Google.com", üçüncü yeri isə 5,36  faiz bazar payı ilə "Google.ru" tutur.

İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 4,64 faizlə  "Yandex.ru"  mövqelərini möhkəmləndirib. Sonrakı yerləri  4,02 faizlə "Bing" və 1,4 faizlə "Mail.ru" bölüşdürüb.

Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer "Chrome" olub. Belə ki, onun bazar payı  53,31  faiz təşkil edib. Brauzerlər bazarında ikinci yeri 11,89 faizlə "Opera", üçüncü yeri 10,23 faiz ilə  "Android" tutub, onların ardınca  9,54 faizlə “iPhone” və 3,21 faizlə "Firefox" brauzerlərini qeyd etmək olar.  


Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkəmizdə ən çox istifadə olunan əməliyyat sistemi (ƏS)  "Windows" dur. Hazırda Azərbaycanda "Windows 7" ƏS-nin bazar payı 36,7 faiz  təşkil edir.

İkinci yeri 29,43 faizlə "Android" ƏS, üçüncü yeri bazar payı 13,22 faiz təşkil edən "iOS" ƏS tutur. Sonrakı yerlərdə 7,12 faizlə "Windows XP", 3,51 faizlə "Windows 8" və 2,77 faizlə "Windows 8.1" əməliyyat sistemləri bərqərar olub. 

 
Aynur Vəliyeva



Baxış sayı: 493

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020