12px13px15px17px
Tarix:30/12/14

Azərbaycanda "Elektron hökumət" proqramı çərçivəsində göstərilən elektron xidmətlərin sayı 40 faiz artıb

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron hökumət” quruculuğu sahəsində əldə edilən uğurları bölüşüb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, 2014-cü il ərzində "Elektron hökumət” portalına 114 yeni elektron xidmət inteqrasiya edilib. Bununla da portalda olan e-xidmətlərin sayı ümumilikdə 396-ya çatdırılıb ki, bu da ötən ilin yekunları ilə müqayisədə 40% çoxdur.

Cari ildə portala əlavə olunan yeni elektron xidmətlər, demək olar, bütün dövlət qurumlarını əhatə edir. Elektron xidmətlər portalına olan maraq günü-gündən artır. Belə ki, portaldakı e-xidmətlərdən istifadə sayı 5,8 milyonu, portalın istifadəçilərinin sayı 1,1 milyon nəfəri keçib. E-xidmətlər üzrə 100-ə yaxın istifadəçi təlimatı hazırlanıb, bir sıra e-xidmətlərdən istifadə üsullarını əks etdirən videotəlimatlar çəkilib, 233 e-xidmət üzrə inzibati reqlamentlər portalda yerləşdirilib.

Portalda "Şəxsi kabinetim” və "Mənim xidmətlərim" adlı bölmələr istifadəyə verilib. "Şəxsi kabinetim” modulu vasitəsi ilə istifadəçi şəxsi məlumatları ilə yanaşı, indiyədək etdiyi müraciətlərin siyahısını da əldə edə bilər.
"Elektron hökumət” portalı tərəfindən təqdim olunan e-xidmətlərdən vətəndaşlarımızın daha çox və səmərəli şəkildə faydalanmaları məqsədilə MHM tərəfindən Bakı şəhərində və regionlarda mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, motivasiya xarakterli tədbirlər, müsabiqələr və kampaniyalar 2014-cü ildə də davam etdirilib.
 
Yeni xidmətlərin portala cəlb edilməsi ilə yanaşı, Məlumat Hesablama Mərkəzi tərəfindən qurumlara məlumat bazalarının təkmilləşdirilməsi, məlumatların FİN-ə uyğunlaşdırılması istiqamətində daima onlara dəstək verilir.

İl ərzində "Elektron hökumət" portalının operatoru - RYTN-in Məlumat Hesablama Mərkəzi əksər dövlət qurumları ilə birgə məqsədyönlü işlər həyata keçirilib və bunun əyani nəticəsi olaraq portalda olan e-xidmətlərin sayı və bu xidmətlərdən istifadə sayı kəskin şəkildə artıb.
 
Aynur Vəliyeva



Baxış sayı: 950

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024