12px13px15px17px
Tarix:30/12/14

Azərbaycanda ixtisaslaşdırılmış pul hərracları artıq “Elektron hökumət” portalı üzərindən də keçiriləcək

“Elektron hökumət” portalında növbəti iki elektron xidmət istifadəyə verilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “İxtisaslaşdırılmış pul hərracı” və “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” xidmətləri portala inteqrasiya olunub.
 
Sözügedən elektron xidmətlər Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən təqdim olunur.
 
Qeyd edək ki, artıq ƏMDK-nın “Elektron hökumət” portalı vasitəsilə göstərdiyi e-xidmətlərin sayı 31-ə çatıb.
 
CAHANGİR
 



Baxış sayı: 1035

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024