12px13px15px17px
Tarix:05/01/15

Avropada mobil ödənişlər kontaktsız kartları üstələyəcək

Kontaktsız ödənişlər üçün infrastrukturun inkişafı Avropa bazarında mobil ödəniş sistemlərinin tətbiqinə zəmin yaradacaq. Bu barədə “2013-2019-cu illər üçün qlobal kontaktsız ödənişlər və proqnozlar” hesabatında deyilir.

2013-cü ilin sonunda Avropada kontaktsız kartların sayı 133 milyon təşkil edib. “Visa” ən geniş yayılmış ödəniş sistemidir. “Visa” kontaktsız kartlarının 56 faizi Mərkəzi və Şərqi Avropanın, 58 faizi Qərbi Avropanın payına düşür.

Avropada kontaktsız tranzaksiyalar üçün “Visa” ilə yanaşı, “MasterCard PayPass” və “Maestro PayPass”, eləcə də “Amex ExpressPay” və Avropa ödəniş sistemlərinin kartlarından istifadə olunur.

Böyük Britaniya Avropanın kontaktsız kartlar üçün ən böyük bazarıdır. İkinci yerdə Fransa, sonrakı yerlərdə Polşa və Türkiyə qərarlaşıb. Avropa kontaktsız ödənişlərinin 2/3 hissəsi bu dörd ölkənin payına düşür.

Belçika və Almaniya kimi ölkələrdə ödəniş sahəsi kontaktsız ödənişlərin tətbiqi mərhələsini keçmədən birbaşa mobil ödənişlərə keçə bilər. Ekspertlərin gözləntilərinə görə, smartfonlar dəyəri az olan alış-verişin ödənişi üçün istifadə ediləcək. Hazırda 139 milyon avropalı alış-verişi mobil telefon vasitəsilə həyata keçirir, - "Payspace” yazır.



Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024