12px13px15px17px
Tarix:05/01/15

Çin 2020-ci ilədək patentlərini üç dəfə artıracaq

Çin ölkədə kənd təsərrüfatından əczaçılığadək yüksək texnologiyalara əsaslanan  iqtisadiyyatın artımını nəzərdən keçirir. Ölkə 2020-ci ilədək patentlərin sayını üç dəfə artırmaq niyyətindədir.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Çinin hədəfi  2020-ci ilədək  hər 10 min nəfər əhalidən 14 ixtira əldə etməkdır. "Thomson Reuters"in son araşdırmalarına əsasən ötən ilin dekabr ayınadək 629,612 patent nəşr edilib, bu da ABŞ-la müqayisədə 200 min ixtira çoxdur.
 
Pekin yüksək texnoloji sənaye bazarının irimiqyaslı iştirakçısı olmaq istəyir və buna görə dövlət öz istehsal bazasının zəif artımı və artan qiymətləri ilə mübarizə aparır. Ehtimal edilir ki, Çində və xaricidə işləyən innovasiya sektorunda çalışan böyük istehsalçılar üçün problem yaradacaq.
 
"İnnovasiya əmlakı getdikcə Çinin strateji resurslarının və rəqabətədözümlüyünün həyati məna daşıyan bir hissəsinə çevrilir", - deyə Çinin rəsmi saytlarından birində bildirilir.

Məlumatda eyni zamanda bildirilir ki, 2020-ci ilədək, yerli bazar iştirakçılarının xeyrinə işləyən qanunlardan narazı olan xarici firmaların mübahisələrinə səbəb olan,  Çin innovasiya əmlakını müdafiə etmək üçün hüquq mühiti və menecmentini yaxşılaşdırmaq niyyətindədir.

Pekin həmçinin ticarət nişanlarının sifarişin və patentin verilməsi üçün baxış prosesinin vaxtının azaldılması imkanını nəzərdən keçirir. Patentə baxış vaxtı 2013-cü ildəki 22,3 aydan 2020-ci ildə 20,2 ayadək azaldılacaq. Ticarət nişanlarının sifariş müddəti isə 10 aydan 9 ayadək qısaldılacaq.
 
Aynur Vəliyeva



 
 



Baxış sayı: 638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024