12px13px15px17px
Tarix:06/01/15

Virtual toxunuş reallığa çevrilir

Yeni texnologiyalar həyatımızı dəyişdirir: smartfon və planşet kompüterləri artıq insanların ünsiyyətinə öz təsirini göstərib. İndi müxtəlif cihazlar insanların sevgi münasibətlərinə də müdaxilə edir. Bir sözlə, sevgi getdikcə texnologiyalaşır.
 
"ICTnews" elektron xəbər xidməti “Russian.rt.com” saytına istinadən bildirir ki, Britaniyanın “The Daily Mail” nəşri yazır ki, ixtiraçılar insanlara, hətta məsafədən öz hisslərini ifadə etməyə imkan verəcək qeyri-adi cihazlar icad etməyə çalışırlar.
 
“Apple” korporasiyası öz müştərilərinə virtual ünsiyyət imkanını təklif edən ilk firmalardan biri olub. Şirkətin yeni “Apple Watch” cihazı gələn ilin yazında satışa çıxarılacaq. Qurğunun funksiyalarından biri sahibinə “sözsüz ünsiyyət saxlamağa” imkan verəcək virtual toxunuş olacaq.
Şirkətin nümayəndəsi bildirib ki, “Apple Watch” smart saatı ürək döyüntüsünün tempini “oxuyacaq” və onu digər tərəfə ötürəcək.
 
“Frebble” qurğusu onun sahiblərinə uzaq məsafədən əldən tutmağa imkan verəcək. Cihazın sahiblərindən biri öz “Frebble”ni sıxdıqda ikinci qurğunun sahibi kiçik təzyiq hiss edəcək və beləliklə, öz yoldaşının əlini özündə "hiss edə" biləcək.
 
Yaponiyada ixtira edilmiş xüsusi kreslo qucaqlaşmağı təqlid edir. Tədqiqatçılar sübut ediblər ki, qucaqlaşma zamanı insan orqanizminin ifraz etdiyi "sevgi narkotiki" (oksitosin) əsəb sistemini sakitləşdirir və müsbət emosiyalar doğurur.
 
Bununla belə, alimlər yeni ünsiyyət üsulları ilə bağlı optimist düşünmürlər. Tədqiqatçılar iddia edirlər ki, cihaz sahibləri onlardan asılı olur və qurğuların köməyi ilə ünsiyyət saxlamağa o qədər alışırlar ki, onlar üçün real həyatda öz hisslərini ifadə edə bilmirlər.

 
Emil Hüseynov
 



Baxış sayı: 1478

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024