12px13px15px17px
Tarix:07/01/15

Şimali Koreyada bioloji saatı tənzimləyən eynək yaradılıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Kim İr Sen adına Universitetində bioloji saatı tənzimləyən eynək ərsəyə gətirilib. Avtomatik tənzimləmə sistemi ilə təchiz edilən portativ qurğunun çərçivəsinə yaşıl işığı şüalandıraraq informasiyanı insanın bioloji saatına ötürən, yuxu ritminə və oyaq qalmasına təsir göstərən diod yerləşdirilib.
 
Nəticədə eynək yuxunu tənzimləməyə və bioritmləri həyat fəaliyyətinə uyğun dəyişməyə imkan verir. Qurğu həmçinin yuxusuzluqdan və nevroloji pozuntulardan əziyyət çəkən insanlara dərman qəbul etmədən 3-7 gün ərzində müalicə olunmağa və ya öz sağlamlıq vəziyyətini yaxşılaşdırmağa kömək edir. 
 
Alimlər müəyyən ediblər ki, eynəyin zəif yaşıl işığı insana artıq ondan istifadənin ilk yarım saatında müsbət təsir göstərir. Bu halda işıq diodlu işıqlandırma beynin orqanizmin daxili saatının tənzimlənməsinə cavabdeh hissəsini stimullaşdırır.
 
Bioloji saatı tənzimləyən eynək beynəlxalq yarışmalarda iştirak edərək bioritmini tez dəyişmək istəyən idmançılar, eləcə də uzaq səyahət həvəskarları üçün faydalı ola bilər. Qurğudan dumanlı havada və ya uçuş zamanı orqanizm “daxili” saat ilə uyğun gəlmədikdə və gündüz ritmi halsızlığa səbəb olduqda istifadə etmək olar, - “TASS” yazır.  



Baxış sayı: 991

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024