12px13px15px17px
Tarix:07/01/15

“Parrot” şirkətinin "ağıllı" həlləri otaq bitkilərini müstəqil sulayır

“Parrot” şirkəti bitki aləminin həvəskarları üçün nəzərdə tutulmuş iki yeni cihazını nümayiş etdirib. “H2O” adlanan birinci qurğu “Flower Power” ötürücüsünün təkmilləşdirilmiş versiyasıdır. Yeni qurğu sələfi kimi torpağa batırılan mil şəklində hazırlanıb. Cihaz temperatur,  işıqlanma dərəcəsi və rütubətin səviyyəsini, həmçinin gübrəli torpağın konsentrasiyasını izləyir. İnformasiya istifadəçinin mobil qurğusuna ötürülür ki, o, vaxtı-vaxtında bitkiyə qayğı göstərə bilsin.

Ancaq “Flower Power”dən fərqli olaraq, “H2O” qurğusu suvarma işini də özü görür: qurğu çiləyici və içərisi su ilə dolu bərkidici ilə təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, ikinci qurğu “Parrot Pot” adlanır və birinci qurğu ilə eyni funksionala malikdir, amma bitkilər üçün dibçək formasında hazırlanıb. Bu, daha estetik variantdır, amma satış qiyməti, çox güman ki, bahadır. İstehsalçılar hələ ki qurğuların qiymətini açıqlamayıb.

Qeyd edək ki,  mobil tətbiqin məlumat bazasında 8000-dən çox bitki haqda məlumat var, ona görə “Parrot” şirkətinin qurğuları bitki aləminin konkret “nümayəndəsi” üçün tələb olunan işıq, istilik, rütubət və qida maddələrinin miqdarını göstərə biləcək.

Emil Hüseynov



Baxış sayı: 1032

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024